Allah həqiqi imanın şərtlərini, insanların dünyadakı və axirətdəki həyatına dair bir çox məsələni, iman sahibi insanın əxlaqını və həyatı boyu yol göstərən bir çox şeyi bizə Quranda ətraflı bildirir. Bundan əlavə, Allah Quran vasitəsilə bizə Özünü tanıdır, bütün kainatı yoxdan yaradan, aləmlərdən üstün, qüsursuz, gizlinin gizlisini görən, eşidən, hər şeydən xəbərdar olduğunu bizə ayələrlə açıqlayır

Bununla bərabər, Quranda insanların nə üçün və necə yaradıldıqları, Allahın rizasını qazanma yolları, ibadət formaları, gözəl əxlaqın tərifi, fiziki və mənəvi cəhətdən sağlam olmağın yolları, çətin anlarda və gözlənilməz hallarda görüləcək tədbirlər, müxtəlif insan xarakterləri hərtərəfli açıqlanmışdır. Bundan əlavə, elmi həqiqətlərə işarə edən ayələr, gündəlik həyata və sosial problemlərə dair məlumatlar, qiyamət günü, cənnət və cəhənnəm kimi bir çox məsələ haqqında xəbər verilmişdir. Quranda insanın həyatının hər anında ehtiyacı olan əsas biliklərin hamısı var. Ayələrdə belə bildirilir:

Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar çəkinsinlər və ya ibrət alsınlar. (Taha surəsi, 113)

Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi. (İsra surəsi, 89)

Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik… (Kəhf surəsi, 54)

 

Allahın sözü olan Quran doğru ilə yanlışın, yaxşı ilə pisin nə olduğunu insanlara bildirən haqq kitabdır. Quranda insanların nə üçün və necə yaradıldığı, həyat tərzi, ibadət formaları, gözəl əxlaq haqqında məlumatlar, fiziki və mənəvi cəhətdən sağlam olmağın yolları, çətin anlarda və gözlənilməz hallarda görülməli tədbirlər, müxtəlif insan xarakterləri, iqtisadi, siyasi, sosial və hüquqi həyatın ən ideal forması, Allahın sözlərinə itaətsizlik etdikdə ortaya çıxan qarışıqlıq, ölüm anı haqqında məlumatlar, qiyamət günündə baş verəcək hadisələr, cənnət və cəhənnəmlə bağlı məlumatlar və başqa bir çox mövzu ətraflı şəkildə açıqlanmışdır. Yəni Quranda insan həyatının hər anında ehtiyacı olan məlumatların hamısı verilmişdir.

Allahın Quranda tərif etdiyi müsəlmanlıq anlayışında insanın dini hökmləri qeyd-şərtsiz qəbul etməsi, ancaq Allaha iman gətirməsi və Ondan başqa yol göstərici tanımaması, həyatının hər anında Allahın göstərdiyi və razı olduğu şəkildə yaşaması əsasdır. Bu cür iman və əxlaq anlayışına malik insan yaşadığı cəmiyyətin din adından irəli sürdüyü ziddiyyətli, batil inancların, əcdadlarından öyrəndiyi dini biliklərin ardınca kor-koranə getməz. Həm Quranın Allah qatından haqq kitab olduğunu qəbul edib, həm də “atalarından qalma” Qurandankənar həyat fəlsəfəsinə tabe olmaz. Tək ölçü və yol kimi ancaq Quranı və Peyğəmbərimizin həyat tərzini mənimsəyər.


   
Adnan Oktarın 3 fevral 2013-cü il tarixli A9 Tv reportajından

Allah bir çox ayədə Quranın yetərli olduğunu bildirmişdir.

 
 

İsra surəsindən ayə izahları: Allah ayələrində Quranın yetərli olduğunu bildirmişdir.

 
 

Müəllif haqqında -Digər saytlar - Email - Üzv ol
Bu saytda yayımlanan bütün materialları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən
istifadə edə bilərsiz. www.quranyeterlidir.com

QURAN - BİZƏ DƏSTƏK OLUN - HƏDİS BÖLMƏSİ

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİNDƏN İSTİFADƏ EDİLƏRƏK HAZIRLANMIŞDIR.
www.adnanoktar.az