Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

                    

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)

 

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

 

Ancak insanların bir çoxu Allahın bu sifətlərini bilməz, Rabbimizi lazımı qədər  tanımazlar. Cahiliyyə insanlarının, Allah inancı, özlərinin uydurduğu  bəzi xurafatlardır.  Bu səbəbdən Allahın sonsuz gücünü və əzəmətini qavraya bilməzlər. Quranda, bu insanlar, " Allahı layiqincə qiymətləndirmədilər. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir.

Allahı layiqincə qiymətləndirmək imanın ən vacib şərtlərindəndir. Mömin yaşadığı cahiliyyə cəmiyyətindəki yanlış Allah inancından ayrılar və cahiliyyə cəmiyyətinin bütün azğın inanclarını inkar edər.Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.

Ancaq Allah`a iman etdiyini söyləyən bir adam ürəyini Allahın zikrindən və ağlını Onu düşünməkdən uzaq tutarsa, belə vəziyyətdə cahiliyyənin azğın Allah inancına doğru meyil etməyə başlayar. Əgər özünü düzəldib Allah inancını Qurana görə müəyyən etməzsə, cahiliyyə inancına keçmək təhlükəsi ilə üz-üzə qala bilər. Allah belə vəziyyətə və ya döyüş əsnasında zəiflik göstərən müsəlmanlardan bəhs edən ayələrə diqqət çəkir.

Ayələrdə bildirildiyinə görə, bu insanlar: "Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahil düşüncələrə qapıl"dılar. (Ali-İmran surəsi, 154)

Mömin belə bir vəziyyətə düşməmək üçün cahiliyyədəki səhv inancların qoyduğu ləkələri tamamilə ürəyindən silməli və Quranda təsvir edildiyi kimi, Allahı haqqı ilə təqdir edərək əsl imanı qəlbinə yerləşdirməlidir.

 

ANA SƏHİFƏ

Müəllif haqqında -Digər saytlar - Email - Üzv ol
Bu saytda yayımlanan bütün materialları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən
istifadə edə bilərsiz. www.quranyeterlidir.com

QURAN - BİZƏ DƏSTƏK OLUN - HƏDİS BÖLMƏSİ

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİNDƏN İSTİFADƏ EDİLƏRƏK HAZIRLANMIŞDIR.
www.adnanoktar.az