Möminin həyatının məqsədi Allaha qulluq etməkdən başqa bir şey deyil. İnsan öz ehtiraslarına görə yaşamaq, ehtiraslarının arxasınca qaçmaq, ya da başqa insanlara xidmət etmək üçün deyil, yalnız və yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.

Allaha qulluğun yolu isə insanın Quranı özünə rəhbər etməsidir. Möminin əsas məqsədi var gücü ilə Quranın hər hökmünə uyğun şəkildə yaşamaqdır.

Qurana baxdığımızda isə möminin yalnız namaz, oruc, həcc kimi möhkəm ibadətlərlə deyil, həmçinin tətbiq edilməsi araşdırma tələb edən ibadətlərlə də məsul olduğunu görürük. Məsələn, bir ayədə “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et…” (Nəhl surəsi, 125) əmri verilir. Bu ayədəki “hikmət”in və “gözəl öyüd-nəsihət”in nə olduğunu mömin həm Quranın ümumi məntiq və üslubuna baxaraq, həm də öz ağıl və anlayışı ilə müəyyən etməlidir.

Möminin ağlını və anlayışını işlətməyini tələb edən daha bir neçə səbəb var. Məsələn, Allah Quranda möminin qarşılaşacağı insan tiplərini və cəmiyyət modellərini təsvir edir və həmçinin bunlara qarşı istifadə olunan davranış formalarını da bildirir. Çox vaxt müxtəlif insan tiplərinə və onların məntiqinə qarşı deyiləcək sözlər “De” ilə başlayan ayələrdə xəbər verilir.

Möminə qarşılaşacağı vəziyyətlərlə bağlı məlumat və əmr verən belə ayələr Quranda çox açıq şəkildə bildirilir. Ancaq bunların gündəlik həyatda tətbiq edilməsi əvvəlcə Quranda vurğulanan vəziyyətlərin gündəlik həyatda araşdırılmasını tələb edir ki, bu halda mömin ağıl və anlayışından çox istifadə etməlidir.

Quranda müxtəlif insan tipləri verilir. Müsəlmanlar, müşriklər, münafiqlər, qəlblərində xəstəlik olanlar, xristianlar, yəhudilər və s. Mömin bunlarla bağlı ayələri çox yaxşı öyrənə və Quranda təsvir edilən bu insan xarakterlərini çox yaxşı tanıya bilər. Bununla da, insanlarla olan münasibətini və bütün həyatını Allahın əmrləri istiqamətində formalaşdıra bilər.

Mömin bilməlidir ki, ətrafındakı bütün insanlar mütləq Quranda təsvir edilən bu insan modellərindən biri ilə uzlaşır. Çünki bu insan tiplərinin hamısı yaradılmışdır və “Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.” (Ənbiya surəsi, 16) ayəsinin sirri ilə onlar bir məqsədlə – Allahın Quranda təsvir etdiyi cəmiyyət modelini meydana gətirmək üçün mövcuddurlar.

Mömin bu həqiqəti bilərək davranışılarını formalaşdırsa, Allahın ona yüklədiyi məsuliyyətləri yerinə yetirə bilər. İnsanın gördüyü hər bir iş, hər bir hadisə əslində Quranda təsvir olunanların oxşar modelləri və tipləridir. Bir ayədə bu mövzu belə açıqlanır:

 

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?  (Fussilət surəsi, 53)

 

Beləliklə, bütün kainat əslində Quranın “kainatda” görünən ayələrinin cəmindən ibarətdir. Belə ki, bir əsər öz rəssamını tanıtdığı, o rəsmdəki hər incə təfərrüat rəssamın fırçasının izlərini göstərdiyi kimi, bütün kainat və o kainatın hər təfərrüatı da hər şeyin yaradıcısı olan Allahı göstərmək üçün mövcuddur.

Mömin bu həqiqəti anladıqca, həm Allahı daha yaxşı tanıyar və həm də Ona daha çox yaxınlaşar və Onun hökmlərinə daha həssas şəkildə itaət edər. Həyatın hər incə məqamının əslində Quranda göstərilən bir “ayə” olduğunu qavradıqca, “gündəlik həyat” dediyimiz anın hər mərhələsində Qurana görə düşünər və Quranın hökmlərini tətbiq edər.

Hər bir proses Allahın yaratdığı qədərə uyğun olaraq formalaşır, buna görə də hər şeyin səbəbi və hikməti var. Möminin vəzifəsi isə qarşılaşdığı hər hadisəni Qurana görə şərh etmək və Quranda bildirilən reaksiyaları verməkdir. Əgər “boş”, mənasız bir şeylə qarşılaşsa, Quranın hökmünə görə ondan üz çevirməlidir.

Qarşılaşdığı hər hadisəni Quran ayələrinə görə şərh etməsi möminin hər şeydən əvvəl Qurana əsaslanan mədəniyyət və xarakter formalaşdırmağından asılıdır. Bunun üçün də cahiliyyə cəmiyyətinin ona verdiyi bütün mədəniyyəti və xarakterik xüsusiyyətləri dəf etməlidir. Bir hadisə qarşısında nə edəcəyinə cahiliyyə cəmiyyətində mövcud olan meyarlara görə deyil, Qurana görə qərar verməlidir. Quranda isə qarşılaşdığı hər vəziyyətdən bir çıxış yolu vardır. Çünki o, “hər şey üçün bir izah” (Nəhl surəsi, 89) olaraq insanlara göndərilmişdir.

.

 

ANA SƏHİFƏ

Müəllif haqqında -Digər saytlar - Email - Üzv ol
Bu saytda yayımlanan bütün materialları, saytı qaynaq göstərmək şərti ilə müəllif haqqı ödəmədən
istifadə edə bilərsiz. www.quranyeterlidir.com

QURAN - BİZƏ DƏSTƏK OLUN - HƏDİS BÖLMƏSİ

BU SAYT HARUN YƏHYANIN ƏSƏRLƏRİNDƏN İSTİFADƏ EDİLƏRƏK HAZIRLANMIŞDIR.
www.adnanoktar.az